Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Kamçatka sahillərində 6,4 bal gücündə zəlzələ qeydə alınıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının "Vahid Geofizika Xidməti" Federal Tədqiqat Mərkəzinin regional bölməsi məlumat yayıb.
"Petropavlovsk-Kamçatskidən məsafə : 143. Dərinlik (kilometrlərlə): 59.4. Maqnituda: 6.4", - seysmoloqlar qeyd ediblər.
Xatırladaq ki, yanvarın 17-də Kamçatkanın şərq sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ Petropavlovsk-Kamçatsk sakinləri tərəfindən hiss edilib.