Güclü zəlzələ oldu Qonşu ölkədə

20.07.2026

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

İranda 5,2 və 5,7 bal gücündə iki zəlzələ qeydə alınıb.

Avtosfer.az xəbər verir ki, İran Milli Seysmologiya Mərkəzinin məlumatına görə, təkanlar bu gün səhər saatlarında Kirmanşah əyalətində baş verib.

Məlumata əsasən, ilk zəlzələ 5,2 bal gücündə qeydə alınıb. Bundan beş dəqiqə sonra isə Kozran ərazisində 5,7 bal gücündə daha bir yeraltı təkan baş verib.

Hadisə nəticəsində dağıntı və ya xəsarət alanlarla bağlı hələlik rəsmi məlumat verilməyib, aidiyyəti qurumların araşdırmaları davam edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью