Güclü zəlzələ Panamada təşviş yaratdı: Təhsil müəssisələrində dərslər dayandırıldı

09.10.2026

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Güclü zəlzələdən sonra Panamanın paytaxtında ofislərdən və hündürmərtəbəli binalardan insanların qabaqlayıcı məqsədlə təxliyəsi həyata keçirilib.

Moderator.az xəbər verir ki, bu barədə "Canal N" telekanalı məlumat yayıb.

Məlumata görə, Panamanın Milli Mülki Müdafiə Sistemi və xilasetmə xidmətləri zəlzələnin mümkün fəsadlarını qiymətləndirmək üçün müşahidə tədbirlərinə başlayıblar. Yoxlamalar episentrə yaxın ərazilərdə, eləcə də Los-Santos, Errera və Veraguas əyalətlərinin bəzi hissələrində aparılır.

Yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub. Zəlzələ paytaxt da daxil olmaqla, ölkənin müxtəlif bölgələrində güclü hiss edilib.

Bundan başqa, Panama Təhsil Nazirliyi oktyabrın 9-da ölkənin bütün təhsil müəssisələrində ikinci növbədə dərsləri dayandırıb. Bu barədə qurum sosial şəbəkə hesabında məlumat yayıb.

Nazirlik vətəndaşları sakitliyi qorumağa, yalnız rəsmi mənbələrdən məlumat almağa və təsdiqlənməmiş məlumatları yaymaqdan çəkinməyə çağırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью