Güclü zəlzələdən sonra sunami xəbərdarlığı edildi

31.03.2025

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tonqa sahillərində baş verən 7,3 bal gücündə zəlzələdən sonra sunami xəbərdarlığı edilib.

“Ölkə.az” xəbər verir ki, müvafiq xəbərdarlığı ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA) edib.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yeraltı təkanların maqnitudasını 7,1 bal qiymətləndirib.

Zəlzələnin episentri təxminən 1700 nəfərin yaşadığı Panqai şəhərindən 76 kilometr cənub-şərqdə, 10 kilometr dərinlikdə olub.

Tonqa Okeaniyanın mindən çox adadan ibarət subregionu olan Polineziyada yerləşir. 1970-ci ildə müstəqillik əldə edən ölkənin əhalisi 100 min nəfərdən bir qədər çoxdur. Ölkəni Tupou sülaləsindən olan konstitusiya monarxı idarə edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью