“Gücü çatırsa, özü ev versin, yoxsa belə deməyə nə var ki...” Afaq Bəşirqızı | Icma.az
Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Millət vəkili Razi Nurullayev KİV-ə açıqlamasında mədəniyyət işçilərinə - aktyor, rəssam və bəstəkarlara ev verilməsini təklif edib.Demokrat.az bu təkliflə bağlı fikirlərini öyrənmək üçün Xalq artisti Afaq Bəşirqızı ilə əlaqə saxlayıb.Aktrisa bu təklifin ona maraqlı olmadığını deyib:“Bu təklif mənimçün nə təzə mövzu deyil, nə də maraqlıdır.
Bu məsələni incəsənət xadimləri də qaldırıb, mən özüm də. Prezidentlə həmin görüşdən sonra 18 nəfər ev alıb.
Razi Nurullayevin bir deputat kimi gücü çatırsa, özü versin, yoxsa belə deməyə nə varki...”Cavidan Mirzəzadə Demokrat.az Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu