“Gücüm olsa, nə üçün oynamayım?

11.12.2024

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Şahdağ Qusar” II Liqada 12 turdan sonra maksimum nəticə ilə birinci sıradadır. Komanda ən yaxın izləyicisi “Şəfa”nı 5 xal qabaqlayır.

“Şahdağ Qusar”ın futbolçusu Rahid Əmirquliyev “FutbolPress“ə açıqlamasında komandanın çıxışını dəyərləndirdi:

“Yaxşı komandamız, məşqçimiz, rəhbərliyimiz var və yaxşı çıxışımızın səbəbi budur. Ailə kimi birləşmişik, hamı mehribandır. Üstəlik, heyətdə kifayət qədər oynayan oyunçularımız var. Hamı bir amal uğrunda mübarizə aparanda nəticələr də gəlir. Olduğumuz mövqeyə layiqik”.

Təcrübəli oyunçu mövqelərini qorumaq üçün çalışacaqlarını söylədi:

“Düzdür, tempi qorumaq asan olmayacaq. Çünki çempionatda yaxşı rəqiblər var. Rahat olmayacaq, amma çalışacağıq. Qış fasiləsində bəzi komandalar güclənəcək. Biz də də bir neçə mövqeyə oyunçu gətirilə bilər. Qarşıda uzun vaxt və ağır oyunlar var. İnanıram ki, çempionatı yuxarı sıralarda bitirə bilərik. Hər şeyə hazırlıqlı olmalıyıq”.

35 yaşlı yarımmüdafiəçi klubun hədəflərindən söz açdı:

“Hədəfimiz I Liqaya yüksəlməkdir. İnşallah, bunun üçün əlimizdən gələni edəcəyik. İndi gələcəyimlə bağlı nəsə deyə bilmərəm. Futbol oynamağa həvəsim var. Sadəcə bilmirəm, I Liqa səviyyəsində oynaya biləcəm, ya yox. Gücüm olsa, nə üçün oynamayım? Lakin indi nəsə demək tezdir. Əsas məqsədimizə çataq, bu, sonranın işidir”.

Şahin Cəfərov

Əsas xəbərlər, Ölkə futbolu II Liqa: liderdən 7 qollu qələbə

9 Dekabr 2024, 16:53

Əsas xəbərlər, Ölkə futbolu Bölgələrdə çempionluq arzusu: “Şahdağ Qusar”ı kim dayandıracaq?

6 Dekabr 2024, 19:26

Əsas xəbərlər, Manşet, Ölkə futbolu “Uşaqlar Premyer Liqa səviyyəsinin necə olduğunu gördülər”

30 Oktyabr 2024, 14:36

Əsas xəbərlər, Ölkə futbolu II Liqada tura yekun vuruldu

18 Sentyabr 2024, 17:46

Ölkə futbolu Millinin sabiq futbolçusu: “I Liqaya vəsiqə qazanmaq istəyirdik”

30 May 2024, 15:09

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью