Gülab Qərib Mehdinin hekayəsi | Icma.az
Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır. Kulis.az ötən gün vəfat edən tanınmış nasir, şair və dramaturq Qərib Mehdinin "Gül
Qulağı gözləmə otağından yalvarış dolu xahiş səsini çaldı. Düyməni basıb katibəsi Gülya xanımı çağırdı.
Katibə xahişçini "xırmanda" qoyub özünü müdirin hüzuruna yetirdi. Müdir səs sahibi ilə maraqlandı: - Ordan gələn zarıltı kimin səsidir?
Gülya xanım: - Sona arvadın səsidir? - dedi. - Yenə nə istəyir? - Əvvəlki xahişini təkrarlayır.
Oğlu - Birinci Qarabağ müharibəsinin qazisi Müzənpərin ürəyi xəstədir. Həkim ona gülablı çay içməyi buyurub.
Haradansa eşidib ki, siz də ürəyinizə görə gülablı çay içirsiniz. Özü də keyfiyyətlisindən.
Xahiş edir ki, Cəpər Cəpəroviç həmin keyfiyyətli gülabdan bir şüşə də onun oğluna - köhnə döyüşçüyə əta eləsin.
Deyir, kömək əli uzatsa, Allaha da xoş gedər. Nə cavab verim? Müdir bir anlığa da olsa, xadimənin xahişini götür-qoy etmədi.
Tam oxu
Xəbəri oxu