Gülay “İstərsənmi” adlı növbəti sevgi əsərini təqdim edib VİDEO

03.04.2025

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müğənni Gülay musiqisi Tərlan Məmmədhüseynova, sözləri Rafael Şabanova aid "İstərsənmi” adlı mahnını zövqlü ekran işi ilə tamaşaçıların ixtiyarına verib. 

AZXEBER.COM xəbər verir ki, yeni bəstə dərin hisslər və incə duyğularla zəngin melodiyası ilə dinləyicilərin qəlbinə toxunur.

Mahnıya rejissor Emin Muradovun rəhbərliyi ilə ekran həyatı verilib.

Klipdə Gülay iki fərqli və maraqlı obrazda tamaşaçı qarşısına çıxır.

Musiqi dünyasının tanınmış simalarından olan bəstəkar Tərlan Məmmədhüseynov da ekran işində yer alaraq royal arxasında mahnının sehri ilə tamaşaçıları ovsunlayır.

Zövqlü və vizual baxımdan diqqətçəkən klip artıq bütün musiqi platformalarında yayımlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью