Gülay Zeynallı: Evdə çox böyük qadağalarımız var

19.07.2025

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Müğənni Gülay Zeynallı sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. 

BAKU.WS xəbər verir ki, sənətçi instaqram hesabında qızı Sahilənin fotosunu paylaşaraq onun üçün əlindən gələni etdiyini bildirib. 

Gülay uşaqlıq travmalarının isə hələ də onunla olduğunu qeyd edib:

"Övladımın sağlam və xoşbəxt böyüməsi üçün əlimdən gələni edirəm. Bu həyatda hər şey düzəlir, həllini tapır, təki sən səbr et! Amma uşaqlıq travmaları bir ömür səninlədir. Bizim evdə çox böyük qadağalarımız var. Amma eyni zamanda qadağaları başa düşərək yaşayırıq. Ona görə də çox şükür ki, xoşbəxtik!".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью