Gülayın günahı nədir?

30.07.2026

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Atçılıq üzrə peşəkar çapar Gülay Fərzəliyevanı yəqin ki, hamımız tanıyırıq. Hələ körpə vaxtlarından onun necə at çapmasının, necə peşəkarlıqla manevrlər etdiyinin şahidi olmuşuq, heyran qalmışıq.

Bir çox tanınmış insanlar onunla şəkil çəkdirirdilər boy-boy, videolar çəkirdilər. Yəqin ki, xatırlayırsınız.

Mən də Gülayı 2024-cü ildə şəxsən tanımışam. Onu yaxından tanımaq imkanım olub. Mənə at çapmağı öyrədib, həm də 10 dəqiqənin içində. Onun ürəkliliyi və səmimiyyəti sənə elə ötürülür ki, yanında özünü rahat hiss edirsən.

Çox ağıllı, işini bilən, mehriban bir qızdır. Bu, öz yerində. Həmin ərəfədə həm də yarışa hazırlaşırdı. Sevinərək, fəxrlə danışırdı. Yarışlarda öncül yerlər tutub.

İndi sizə sual verirəm. Bu uşağı atasının əməlinə görə bütün yarışlardan uzaq tutmaq nə deməkdir? Elə bil ki, əlini-qolunu sındırırsınız.

Atası bir qrup şəxslə birlikdə həbs olunduğu bildirilir. İddialara görə, qızının işlədiyi atçılıq kompleksindən yəhərlər və digər əşyalarla bağlı cinayət işi açılıb. Hazırda məhkəmə prosesi davam edir. Qızının işlədiyi atçılıq kompleksindən yəhərlər və başqa əşyalar satılıb. O əşyaların oğurluq olduğu üzə çıxıb. 8 ay həbsdə qalıb, ev dustaqlığına buraxılıb. Məhkəməsi gedir.

İnsanın doğmalarının, qohumlarının hərəkətinə görə məsuliyyət daşıması nə dərəcədə düzgündür?

Hər bir şəxs özünə, öz əməllərinə görə məsuliyyət daşıyır.

Gülaya başqa ölkələrdən iş təklifləri gəlir. Ancaq o, öz ölkəsində qalmaq istəyir. Nə edək? Gözləyək, bu gənc də ölkəni tərk etsin?

O zaman gərək deputatlar da övladlarının əməllərinə görə, övladları da deputat atalarının əməllərinə görə həbs olunsun.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью