Gülbarə Sultanova: Bu cür dialoqlar birgə əməkdaşlığı və layihələri müzakirə etmək üçün əla fürsət yaradır AZƏRTAC

19.11.2024

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 19 noyabr, AZƏRTAC

COP29-da müzakirə olunan mövzular böyük əhəmiyyət kəsb edir.

AZƏRTAC xəbər verir ki, bu fikri Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin Vətəndaş Cəmiyyəti Məsələləri Komitəsinin sədri Gülbarə Sultanova Xəzər dənizinin ekologiyası mövzusunda keçirilən QHT-lərin beynəlxalq forumunda söyləyib.

"Son məlumatlara əsasən, dünyadakı təbii fəlakətlərin 80 faizi su ilə əlaqəlidir. Bildiyiniz kimi, bu ilin yazında Qazaxıstanda böyük sel və daşqınlar oldu. Belə sel və daşqınlar ölkəmizdə son 80 ildə ilk dəfədir baş verir”, - deyən G.Sultanova qeyd edib ki, bu cür dialoqlar birgə əməkdaşlığı və layihələri müzakirə etmək üçün əla fürsət yaradır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью