Gülben Ergen seriala çəkiləcək

02.01.2025

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyəli məşhur müğənni Gülben Ergen sürpriz addım atıb.

"Cebheinfo.az" xəbər verir ki, sənətçi uzun illər sonra seriala çəkiləcək.

O, yeni başlayacaq "Piyasa" serialında rol alacaq. Gülben Ergen "Kanal D"də yayımlanacaq ekran işində jurnalist "Ahsen" obrazına həyat verəcək.

Serialın çəkilişləri 6 yanvarda Bursada başlayacaq. "Piyasa"nın fevral ayının ikinci həftəsi yayımlanması planlaşdırılır.

Qeyd edək ki, Gülben Ergen "Marziye", "Dadı", "Gönül" və "Fırat" kimi seriallarda rol alıb.

Elmir Mustafa
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью