Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyəli müğənni Gülben Ergen Bakıdakı konsertindən paylaşım edib.
Axşam.az xəbər verir ki, sənətçi Bakı Konqres Mərkəzində baş tutan konsertlə bağlı təəssüratlarını sosial şəbəkə hesabında bölüşüb.
Gülben Ergen Azərbaycan xalqını Zəfər Bayramı münasibətilə təbrik edib və konsertdə minlərlə insanın onun mahnılarını birlikdə ifa etdiyini bildirib.
“Əzəmətli Azərbaycan xalqı, Zəfər Bayramınız mübarək! Bakı Konqres Mərkəzində minlərlə ürək birləşdi. Mahnılarımı birlikdə oxuduq” deyə, müğənni yazıb.