Gülçülük Ramana ərazisində su borusu avtomillərə problem yaratdı VİDEO

05.09.2026

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Paytaxtın Sabunçu rayonu, Gülçülük Ramana adlanan ərazidə yaşayan bir qrup sakin "Xəzər Xəbər"in qaynar xəttinə müraciət edib. Onlar iddia edirlər ki, içməli su uzun müddətdir küçəyə axır. Axan su yolları dağıdıb, böyük çuxurlar əmələ gəlib. Nəticədə su ilə dolu olan çalalara avtomobillər düşür, onların alt hissələrinə zərər dəyir.

Sakinlər iddia edirlər ki, problemin səbəbi ərazidəki su xəttində yaranan nasazlıqdır.

Onların sözlərinə görə, aidiyyəti qurum tərəfindən bir neçə dəfə müdaxilə olunsa da, problem köklü şəkildə həll edilməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью