Güldənə Hidayətliyə yüksək vəzifə verildi FOTO

16.01.2025

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Güldənə Hidayətli Bakı Ali Neft Məktəbinə (BANM) strateji inkişaf üzrə prorektor təyin edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov sosial şəbəkə hesabında məlumat verib.
Qeyd edilib ki, Güldənə Hidayətli BANM-da həm bakalavr, həm də magistr pilləsində təhsil alıb.
Güldənə Şahin qızı Hidayətli 1995-ci ildə Qəbələ rayonunda anadan olub.
O, BANM-in Keyfiyyətə təminat şöbəsində əməkdaş, son 5 ildə isə həmin şöbənin müdiri vəzifəsində çalışıb.
G.Hidayətlinin prorektorluğa təqdimatı BANM rektoru Elmar Qasımov tərəfindən SOCAR rəhbərliyinə verilib və təsdiqlənib.
O, birinci "Yüksəliş" müsabiqəsinin qalibidir.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью