Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Müğənni Ayan Babakişiyeva "Sevilən səhər" verilişinin canlı efirində həyatında üzləşdiyi çətinliklərdən danışıb.
Milli.Az-ın məlumatına görə, sənətçi bəzən yaşadığı ağrıları insanlardan gizlətməyə çalışdığını və zaman keçdikcə çətinliklərin insanı daha güclü etdiyini bildirib. Onun səmimi etirafları diqqət çəkib.
Ayan Babakişiyeva hisslərini belə ifadə edib:
"Gülə-gülə ağlamışam, gülmüşəm, gözümdən yaşlar axıb. Bu, hər kəsin həyatında olur. İnsan düşdüyü hər çətinlikdən güc alır. İllər sonra səni daşlaşmış hesab edirlər, əslində isə belə deyil".
Müğənni insanlarla münasibətlərdə ehtiyatlı davranmağın vacibliyini də vurğulayıb. O, bəzən özünü qorumaq üçün ətrafına sədd çəkdiyini söyləyib.
"Bir qalxan olaraq divar hörürsən ki, elə-belə tanışlar yaxşıdır. Zamanı qınamıram, bəzi insanları çox qınayıram. İnsanlar yanında dərdini danışanda ehtiyatlı olmalısan ki, sonradan səni həmin yerdən vurmasınlar. Kimin yanında hansı yaranı göstərməyə ehtiyatlı yanaşmalısan", - deyə sənətçi qeyd edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)