Gülər Bakı İrəvan sülhündən danışdı

26.11.2025

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin müdafiə naziri Yaşar Gülər Azərbaycan və Ermənistan arasında sülh prosesinə dair nikbin açıqlama verib.

Globalinfo.az xəbər verir ki, o, iki ölkə arasında ABŞ-da paraflanmış sülh sazişinin Ankarada müsbət qarşılandığını bildirib.

Nazir Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı deyib ki, regionda davamlı sabitlik üçün atılan addımlar vacibdir və Ankara bu prosesi yaxından dəstəkləyir.

“Biz ümid edirik ki, sülh sazişinin hərtərəfli mətni tezliklə imzalanacaq. Bu, Cənubi Qafqazda uzunmüddətli əmin-amanlığa töhfə verəcək”, – Yaşar Gülər vurğulayıb.

Tahir Turan
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью