Gülər və Heqset S 400 məsələsini müzakirə edəcəklər

26.11.2026

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyənin müdafiə naziri Yaşar Gülər gələn həftə ABŞ-da həmkarı Pit Heqsetlə Rusiyanın S-400 hava hücumundan müdafiə sistemləri məsələsini müzakirə edəcək. 

525.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, Gülər və Heqset arasında danışıqlar noyabrın 30-na planlaşdırılıb. Görüş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Trampın dekabrın ortalarında Mayamidə keçiriləcək G20 liderlərinin sammiti çərçivəsində mümkün görüşündən əvvəl baş tutacaq.

Türkiyə 2019-cu ildə Rusiyadan S-400 sistemlərini aldıqdan sonra F-35 qırıcılarından istifadə imkanından məhrum edilib. ABŞ Konqresi də Ankara S-400 sistemlərinə sahib olduğu müddətdə Türkiyəyə F-35 qırıcılarının satışını qadağan edən qanun qəbul edib.

ABŞ tərəfi bu sistemlərin F-35 qırıcılarının məxfi texnologiyalarının təhlükəsizliyinə təhdid yarada biləcəyindən ehtiyat edir.

Vaşinqton S-400 sistemlərinin NATO-nun müdafiə sistemləri ilə uyğun olmadığını bildirir. Həmçinin ABŞ narahatlığını ifadə edib ki, S-400 sistemləri ilə F-35 qırıcılarının birgə istifadəsi Rusiyaya bu təyyarələrin aşağı müşahidə edilmə qabiliyyəti və digər məxfi texniki xüsusiyyətləri barədə məlumat əldə etmək imkanı yarada bilər.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью