Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Naxçıvanda yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində güləş hakimləri üçün yeni qaydaların tətbiqi ilə bağlı texniki seminar təşkil olunub.
İdman.Biz xəbər verir ki, seminar Azərbaycan Güləş Federasiyasının Hakimlər Komitəsinin sədri Asif Şirəliyev və komitə üzvü Sədi Quliyev tərəfindən aparılıb. Maarifləndirici tədbirdə Muxtar Respublikada məşqçi və hakim kimi fəaliyyət göstərən 14 mütəxəssis iştirak edib.
Seminar zamanı Dünya Güləş Birliyi (UWW) tərəfindən güləş qaydalarına edilmiş son dəyişikliklər, bu yeniliklərin yarışlarda tətbiq mexanizmi və hakim qərarlarının düzgün, vahid formada verilməsinin əhəmiyyəti ətraflı izah olunub. Müzakirələr praktiki nümunələr əsasında aparılıb.
Tədbirin əsas məqsədi hakim və məşqçilərin bilik və bacarıqlarını artırmaq, eyni zamanda Naxçıvanda keçirilən güləş yarışlarında obyektivliyin və ədalətli idarəetmənin təmin olunmasına töhfə verməkdir.