Güləş hakimlərimizin beynəlxalq dərəcəsi yüksəlib İdman və Biz

13.01.2025

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünya Güləş Birliyi (UWW) beynəlxalq dərəcəli hakimlərin siyahısını yeniləyib.

İdman.biz xəbər verir ki, Azərbaycan güləş hakimlərindən daha üçü ötən il iştirak etdiyi yarışların və imtahanların nəticəsinə əsasən yuxarı kateqoriyaya keçib.

Eldar Məmmədov və Kamran Baxışov III dərəcədən II dərəcəyə yüksəlib. Buna qədər milli dərəcəli hakim olan Qədim Qurbanov isə beynəlxalq referi statusuna yiyələnərək III dərəcəyə sahib çıxıb.

Qeyd edək ki, hazırda Azərbaycanın güləş üzrə 25 ədalət təmsilçisi beynəlxalq kateqoriya daşıyır.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью