Güləş millimiz beynəlxalq turnirdə 1 ci yeri tutub

30.10.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Oktyabrın 23-25-də Estoniyanın Rakvere şəhərində yunan-Roma güləşi üzrə U15 və U17 yaş kateqoriyalarında “Georg Lurich Memorial” beynəlxalq turniri keçirilib.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, milli komandanın məşqçiləri Taleh Məmmədov, Rafiq Hüseynov və Turac Hüseynlinin rəhbərliyi altında yarışda çıxış edən yunan-Roma güləşçilərimizdən 7-si fəxri kürsüyə qalxıb.

U17 yaş qrupunda Elmir Çərkəzov (60 kq) və İsfahan Həsənov (80 kq) qızıl, Raul Məmmədzadə (62 kq), Fərid Ağayev (44 kq) və Nadir Həsənov (71 kq) gümüş, Əli Məmmədov (71 kq) və Zəka Yusubov (80 kq) isə bürünc medal qazanıb.

Beləliklə, əldə olunan nəticələrə əsasən millimiz turniri komanda hesabında birinci pillədə başa vurub. İkinci yeri Gürcüstan, üçüncü yeri isə Özbəkistan tutub.

Qabil YUSİFOĞLU
 XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью