Güləş millisinin məşqi

23.07.2026

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Bakıda keçiriləcək U-17 Dünya çempionatından əvvəl Azərbaycanın güləş millilərinin açıq məşqi baş tutub.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, hazırlıq prosesi yarışın təşkil olunacağı Milli Gimnastika Arenasında gerçəkləşib. Məşqləri federasiya rəsmiləri də izləyiblər.

Xatırladaq ki, Dünya Güləş Birliyi (UWW) tərəfindən təsdiqlənmiş yekun iştirakçı siyahısına əsasən, mötəbər yarışda 663 idmançı, 272 məşqçi, 64 beynəlxalq hakim iş başında olacaq. Ümumilikdə 1100-dən artıq qonaq Dünya çempionatı ilə bağlı Azərbaycana təşrif buyuracaq.

Dünya çempionatı 27 iyul – 2 avqust aralığında Milli Gimnastika Arenasında təşkil olunacaq.

Q.ƏLİYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью