Güləş: Təmsilçilərimiz ötən ildə beynəlxalq yarışlarda 265 medal qazanıblar

10.01.2025

Cbcsport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Güləş Federasiyası 2024-cü ildə beynəlxalq yarışlarda 265 medal qazanıb.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Azərbaycan güləşçiləri ötən ildə Olimpiada, Avropa və dünya çempionatlarında 28 qızıl, 32 gümüş və 54 bürünc olmaqla toplam 114 medal əldə ediblər.

Ümumilikdə təmsilçilərimiz 2024-cü ildə bütün beynəlxalq yarışlarda isə 68 qızıl, 74 gümüş və 123 bürünc olmaqla toplamda 265 medalı hesabımıza yazıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью