“Güləş ulduzları liqası”nda qızıl medal

30.11.2024

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Qazaxıstanın paytaxtı Astanada sərbəst güləş üzrə “Güləş ulduzları liqası”nda Azərbaycan güləşçisi uğurla çıxış edib. 

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, turnirdə Ağanəzər Novruzov (74 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Həmyerlimiz əvvəlcə qazaxıstanlı Kanat Mussabekovu 3:1 hesabı ilə məğlub edib. Novruzov daha sonra rusiyalı Anzor Zakuyevi üstələyib - 2:1. Ağanəzər finalda isə özbəkistanlı Mirzo Xaitova 4:1 hesabı ilə qalib gəlib.

L.QURBANOVA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью