Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
MyGroup şirkətinin baş sponsurluğu və AzerGold şirkətinin fəxri sponsorluğu ilə yunan-Roma və sərbəst güləş üzrə U20 Azərbaycan çempionatı davam edir.
Gəncə İdman Sarayında keçirilən yarışın ikinci günündə yunan-Roma güləşi üzrə 4 çəkidə 60, 67, 77, 130 kiloqramda finalçılar müəyyələşib. 87 kiloqramda isə görüşlər dairəvi sistem üzrə keçirilib. Bu çəkilərdə həlledici görüşlər sabah keçiriləcək.
Gərgin keçən görüşlrdən sonra finalçılar belə müəyyənləşib: 60 kq – Maksut Cankurtaran (AHİTA) – Nihat Bəhmənov (UGİM-10), 67 kq – Roman Kərimov (DİN) – Murad Əliyev (AHİTA), 77 kq – Cavad Məmmədov (Neftçi) – Cavidan Nehmətov (AHİTA), 130 kq – Museyi Kazim Hüseyn (DİN) – Əli Bayramov (Sumqayıt-Təhsil).
Qabil YUSİFOĞLU
XQ