Güləşçilərdən mövsümə start FOTO İdman və Biz

13.01.2025

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Güləş üzrə milli komandalarımız təlim-məşq toplanışına start verib.

İdman.biz xəbər verir ki, hər üç millimiz Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında hazırlıq keçir.

Güləşçilərimiz məşqçilərin nəzarəti altında həm fiziki, həm də taktiki-texniki çalışmaları yerinə yetirir. Sərbəst güləş üzrə yığmanın bir qrupu yanvarın 19-da Dağıstana yollanacaq. Komandamızın əsas heyəti fevralın 1-dək Mahaçqalada təlim-məşq toplanışı keçəcək.

Yunan-Roma və qadın güləşi üzrə millilərimiz isə 5-9 fevralda Xorvatiyada keçiriləcək ilin ilk reytinq turnirinədək məşqləri doğma məkanda davam etdirəcək. Hər iki komandamız “Zaqreb Open”dən sonra qarşıdakı mühüm yarışlara ölkə xaricində hazırlaşacaq.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью