Güləşçilərimiz Avropa çempionatında finala vəsiqə qazandı Azərbaycanın iki güləşçisi finala vəsiqə qazandı

08.04.2025

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan milli komandasının iki sərbəst güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında finala yüksəlib.

Gununsesi.info xəbər verir ki, 92 kq çəki dərəcəsində yarışan Osman Nurmaqomedovlə 125 kq-da Giorgi Meşvildişvili adını həlledici mərhələyə yazdırıb.

Osman Nurmaqomedov yarımfinalda gürcüstanlı Miriani Maysuradzeni 5:2 hesabı ilə məğlub edib. O, finalda yunanıstanlı Dauren Kuruqluevlə qarşılaşacaq.

Giorgi Meşvildişvili Dünya Güləş Birliyi bayrağı altında yarışan belaruslu Denis Xromenkovu 8:5 hesabı ilə üstələyib. Meşvildişvili həlledici görüşdə gürcüstanlı Solomon Manaşvili ilə münasibətlərə aydınlıq gətirəcək.

74 kq çəki dərəcəsində yarışan Ağanəzər Novruzov isə yarımfinalda albaniyalı Çermen Valiyevə 0:6 hesabı ilə uduzub. Novruzovun bürünc medal şansları qalıb.

Qeyd edək ki, bu gün Azərbaycanın sərbəst güləşçilərindən İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq) və Kənan Heybətov (70 kq) bürünc medal görüşünə çıxacaqlar.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью