Güləşçilərimiz Dağıstanda 3 medal qazandılar

17.11.2024

Icma.az, Sia Az saytına istinadən bildirir.

Azərbaycan güləşçiləri Dağıstanın Xasavyurt şəhərində keçirilən sərbəst güləş üzrə Şamil Umaxanovun xatirə turnirində 3 medal qazanıblar. SİA xəbər verir ki, milli üzvləri ənənəvi yarışda məşqçi Şərif Şərifovun rəhbərliyi altında çıxış ediblər. Onlardan İslam Bazarqanov (57 kq) gümüş, Timur Gülmaqomedov (86 kq) və Aslan Abakarov (97 kq) isə bürünc medal qazanıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью