Güləşçilərimiz dünya çempionatında 1 qızıl, 1 bürünc medal qazanıblar

22.10.2025

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan yunan-Roma güləşçiləri Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında 1 qızıl, 1 bürünc medal qazanıblar.

Bakıvaxtı.az xəbər verir ki, təmsilçilərimizdən Elmir Əliyev (55 kq) finalda rusiyalı Alibek Amirova (UWW) 3:2 hesabıyla qalib gələrək qızıl medala sahib çıxıb.

Ruslan Nurullayev (72 kq) isə üçüncü yer uğrunda görüşdə ermənistanlı Qaspar Terteryanı 3:1 hesabı ilə üstələyərək bürünc medal əldə edib.

Qeyd edək ki, daha əvvəl güləşçilərimizdən Ziya Babaşov (63 kq) dünya çempionu olmuşdu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью