Güləşçilərimiz dünya çempionatında mübarizəyə qoşulacaq

17.08.2025

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı başlayır.

İdman.biz -in məlumatına görə, ilk yarış günündə Azərbaycanın 4 sərbəst güləşçisi gücünü sınayacaq.

70 kq çəkidə Nurlan Ağazadə qırğızıstanlı Zalkarbek Tabaldiyevlə qarşılaşacaq.

74 kq çəkidə Ağanəzər Novruzov UWW-nin neytral statusunda çıxış edən İsmayıl Xaniyevlə görüşəcək.

97 kq çəkidə Rəvan Musayev bolqarıstanlı Andriyan Vılkanovla, 125 kq çəkidə isə Yusif Dursunov gürcü Aleksandre Abramişvili ilə üz-üzə olacaq.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью