Güləşçilərimiz finala yüksəldi

21.04.2026

Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Azərbaycanın yunan-Roma güləşçiləri Qurban Qurbanov və Həsrət Cəfərov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının finalına yüksəliblər.
Yeniavaz.com
xəbər verir ki, 82 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Qurban Qurbanov yarımfinalda gürcüstanlı rəqibi Gela Bolkvadzeyə 2:1 hesabı ilə qalib gələrək həlledici raunda vəsiqə qazanıb.
Həmçinin, 67 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinalda gürcüstanlı rəqibi Dieqo Çxikvadzeyə 4:2 hesabı ilə qalib gələrək həlledici raunda vəsiqə qazanıb.
Qurban Qurbanov qızıl medal uğrunda görüşdə Adlet Tyulyubaev (UWW), Həsrət Cəfərov isə Murat Fıratla (Türkiyə) üz-üzə gələcək.
Medal görüşləri sabah baş tutacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью