Güləşçilərimiz Rusiyada 6 medal qazanıblar

01.12.2025

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyada güləş üzrə 2 ənənəvi yarış keçirilib.

Apasport.az xəbər verir ki, Vladiqafqazda 2 qat olimpiya çempionu Soslan Andiyevin xatirə turniri baş tutub.

Maqomedxan Maqomedov ilk dəfə özünü 125 kq-da sınayıb. İdmançımızın yeni çəkidə debütü uğurlu alınıb. Yığmamızın üzvü bu yarışda bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xasavyurt isə Şamil Umaxanov turnirinə ev sahibliyi edib. Yığma üzvlərindən Murad Yevloyev (74 kq), Ali Tsokayev (86 kq) və Osman Nurmaqomedov (97 kq) gümüş, Qadjimurad Omarovla (74 kq), Muxammad Qantemirov (125 kq) isə bürünc medal qazanıb.

İslam Oyunları: Rəqibi meydana çıxmadı, güləşçimiz bürünc medala sahib oldu Azərbaycan güləşçiləri İslam Oyunlarında iki gümüş medal qazanıb İslam Oyunları: Ruzanna Məmmədova qızıl üçün xalça üzərinə çıxacaq İslamiada: İslam Bazarqanov finalda! İslam Oyunları: Nigar Mirzəzadə yarımfinalda məğlub olub
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью