Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Qazaxıstanın paytaxtı Astanada güləş üzrə dünya çempionatı davam edir.
Bizim.Media xəbər verir ki, 8-ci yarış günündə sərbəst güləşdə 6 təmsilçimiz mübarizə aparıb.
1/16 finalda İslam Bazarqanov (57 kq) yarımfinalda Spenser Liyə (ABŞ) uduzub.
Cəbrayıl Hacıyev (79 kq) isə 1/4 finalda türkiyəli Okan Taxtaçını məğlub edib, ancaq yarımfinalda iranlı Məhəmməd Noxodlarimiyə uduzub. Hər iki güləşçi sabah təsəlliverici görüşə çıxacaq.
Turan Bayramov (74 kq) təsnifat mərhələsində Gürcüstan təmsilçisi Giorgi Elbakidzeni 2:1 hesabı ilə məğlub etsə də, 1/8 finalda Qazaxıstan idmançısı Nurkoja Kapanova uduzub. Lakin Kapanovun finala yüksəlməsi Bayramova təsəlliverici görüşlərdə mübarizə aparmaq imkanı yaradıb.
Həmçinin, Giorgi Meşvildişvili (125 kq) üçüncü yer uğrunda görüşdə Macarıstan təmsilçisi Vladislav Baytsayevə qalib gələrək bürünc medal qazanıb.
Arseniy Djioyev (86 kq) isə ABŞ-dan olan Kayl Deyklə qızıl medal uğrunda final görüşündə məğlub olub və gümüş medalla kifayətlənib.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) gümüş medal qazanıb.
Bizim.Media