Güləşçilərimizdən dünya çempionatına iki medalla start

17.08.2026

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U20 dünya çempionatı davam edir.

Apasport.az xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşində ilk medalçılar müəyyənləşib.

Tural Əhmədov (63 kq) təsəlliverici görüşdə finlandiyalı Matias Arpiaynenə heç bir şans tanımayıb – 8:0. Axşam seansında ekvadorlu Klizman Velisi minimal fərqlə (2:1) üstələyən Tural dünya üçüncüsü olub.

Cavidan Nehmətov (77 kq) isə finalda ermənistanlı Samvel Terteryanla qarşılaşıb. Rəqibinə ilk xal prinsipinə əsasən (1:1) məğlub olan Cavidan gümüş medalı boynundan asıb.

U-17 DÇ: İbrahim Həsənov gümüş medalla kifayətləndi İbrahim Həsənov dünya çempionluğu uğrunda xalçaya çıxacaq Xatirə turnirinin ilk günündə 4 medal U-17 DÇ: İbrahim Həsənov finalda! - YENİLƏNİB U-17 DÇ: Tunar Həsənov 1/4 finalda dayandı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью