Güləşçilərimizdən Universiadaya 4 medalla start FOTO

06.09.2025

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Qırğızıstanın Çolpon-Ata şəhərində Türkdilli Dövlətlərin Universiadası çərçivəsində güləş yarışları start götürüb.

İdman.biz xəbər verir ki, “Ruh Ordo” mədəniyyət mərkəzinin idman zalında keçirilən yarışlarda bu gün 6 çəkidə mübarizə baş tutub.

Dörd güləşçimiz fəxri kürsüyə qalxıb. Yunan-Roma güləşçilərimizdən Vədat Qasımlı (60 kq) qızıl, Əli Quliyev (97 kq) gümüş, Cavad Məmmədov (77 kq) isə bürünc medal qazanıb. Sərbəst güləşdə isə Ramik Heybətov (74 kq) üçüncü yeri tutub.

Universiadada güləş yarışlarına sabah yekun vurulacaq.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью