Güləşçilərimizin 2 Dünya qızılı

27.10.2026

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qazaxıstanın paytaxtı Astanada güləş üzrə Dünya çempionatı davam edir.

Yarışın ikinci günündə 2 güləşçimiz Dünya çempionu olub.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, Eldəniz Əzizli (55 kq) kəmər kolleksiyasına daha birini əlavə edib. Əzizli finalda İran təmsilçisi Payam Balutakiyə 3:1 hesabıyla qalib gələrək 5 qat Dünya çempionu olub. Beləliklə, titullu güləşçimiz Azərbaycan güləşində özünəməxsus rekordu yeniləyib.

Sənan Süleymanov (77 kq) isə həlledici görüşdə moldovalı Aleksandrin Qutuyla qarşılaşıb. Rəqibinə 8:3 hesabıyla qalib gələn Sənan ilk dəfə böyüklər arasında Dünya çempionu olub. Sənan həm də 15 illik həsrətə son qoyub. Belə ki, Süleymanov 2011-ci ildən sonra olimpiya çəkisində Dünya çempionu olan ilk kişi güləşçimiz ünvanına sahib olub.

Qabil YUSİFOĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью