Güləşçilərimizin Astana mübarizəsi

31.10.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Qazaxıstanın paytaxtı Astanada keçirilən Dünya çempionatında sərbəst güləşçilərin mübarizəsi davam edir. Azərbaycan təmsilçisi Giorgi Meşvildişvili (125 kq) yarımfinalda rusiyalı Abdulla Kurbanova 0:5 hesabı ilə məğlub olub. O, bu gün bürünc medal uğrunda mübarizəyə çıxacaq.

86 kiloqram çəkidə isə Arseniy Djioyev Dünya çempionatında finala yüksəlib.

Güləşçimiz yarımfinalda gürcüstanlı Vladimir Qamkrelidzeni məğlub edib.

A.Djioyev bugünkü finalda Kayl Deyklə (ABŞ) üz-üzə gələcək.

Nurəddin Novruzov 1/8 finalda qazaxıstanlı Asıl Aytakına, Kənan Heybətov 1/4 finalda ABŞ-dan olan Zein Rizerforda uduzub.

Xatırladaq ki, oktyabrın 29-da mübarizəyə qoşulan sərbəst güləşçilərdən Rəşid Babazadə (65 kq) və Maqomedxan Maqomedov (97 kq) medal şanslarını itirib.

Qabil YUSİFOĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью