Güləşçimiz Astanada qızıl medal QAZANDI

29.11.2024

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qazaxıstanın paytaxtı Astanada sərbəst güləş üzrə “Güləş ulduzları liqası” yarışı keçirilib.

Azərbaycan Güləş Federasiyasından Modern.az-a verilən məlumata görə, turnirdə ölkəmizi təmsil edən Ağanəzər Novruzov (74 kiloqram) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Həmyerlimiz əvvəlcə qazaxıstanlı Kanat Mussabekovu 3:1 hesabı ilə məğlub edib. Novruzov daha sonra rusiyalı Anzor Zakuyevi üstələyib - 2:1. Ağanəzər finalda isə özbəkistanlı Mirzo Xaitova 4:1 hesabı ilə qalib gəlib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью