Güləşçimiz Avropa çempionatında qızıl medal qazandı

15.03.2025

Idmanxeber.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın yunan-Roma güləşçisi Ruslan Nurullayev Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

İdmanxeber.az xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda rusiyalı Danil Qriqoryevə (UWW) 3:2 hesabıyla qalib gələrək çempion olub.

Qeyd edək ki, daha öncə yunan-Roma güləşçilərimiz qitə birinciliyində 1 gümüş və 2 bürünc medal əldə etmişdilər. Bu gün turnirin son günüdür. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью