Güləşçimiz Avropa Çempionatında qızıl medal qazandı KONKRET

11.03.2025

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan sərbəst güləşçisi Arseniy Djioyev Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatının qızıl medalını qazanıb.

KONKRET.az xəbər verir ki, bu haqda Güləş Federasiyası məlumat yayıb.

86 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda Fransa idmançısı Raxim Maqamadova 9:2 hesabı ilə qalib gəlib.

74 kq çəkidə yarışan Ağanəzər Novruzov isə finalda rusiyalı İsmayıl Xaniyevə uduzaraq gümüş medalla kifayətlənib. Daha bir gümüş medalı isə Ceyhun Allahverdiyev (61 kq) aktivinə yazdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью