Icma.az, Idman.biz portalına istinadən məlumat verir. Azərbaycanın U-23 güləşçiləri Avropa çempionatında mübarizəni davam etdirir.
İdman.Biz xəbər verir ki, Avropa çempionatında çıxış edən yunan-Roma və qadın güləşçilərimiz bu gün növbəti görüşlərini keçiriblər.
Yunan-Roma güləşi 60 kq İlkin Qurbanov gürcüstanlı Dimitri Xaçidzeyə (3:2) və almaniyalı Georgios Skarpelloya (5:3) qalib gələrək 1/4 finala yüksəlib.
Bu mərhələdə o, iranlı Səccad Abbaspurraqaniyə 1:7 hesabı ilə uduzub.
72 kq Ruslan Nurullayev təsəlliverici görüşdə ukraynalı Oleq Xəlilovu 3:1 hesabı ilə məğlub edib.
Güləşçimiz bürünc medal uğrunda ermənistanlı Qaspar Terteryanla qarşılaşacaq.
82 kq Elmin Əliyev macarıstanlı Dominik Çuçora tam üstünlüklə (9:0) qalib gəlsə də, 1/8 finalda türkiyəli Alperen Bərbərə 3:5 hesabı ilə məğlub olub.
Qadın güləşi 50 kq Əsmər Cankurtaran təsnifat mərhələsində rusiyalı Natalia Pudovaya (UWW) 0:10 hesabı ilə məğlub olub.