Güləşçimiz Avropa çempionu oldu Fotolar

12.07.2026

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Azərbaycanın sərbəst güləşçisi Hacı Kərimov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanıb.

“Qafqazinfo” xəbər verir ki, 70 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda fransalı Bayssanqur Bitmurzayevlə qarşılaşıb.

Rəqibinə heç bir şans verməyən həmyerlimiz vaxtından əvvəl 10:0 hesablı qələbə ilə qitə çempionu olub.

Muhəmməd İsmayılov (57 kiloqram), Bəşir Verdiyev (65 kiloqram) və Fərhad Süleymanlı (97 kiloqram) isə 3-cü yeri tutublar.

Bu gün mübarizəyə qoşulan sərbəst güləşçilərdən Camal Abbasov (61 kiloqram), Nurlan Ağazadə (74 kiloqram) və Yusif Dursunov (125 kiloqram) finalda, Məhəmməd Abbaszadə (86 kiloqram) və Hüseyn Məmmədtağızadə (92 kiloqram) isə bürünc medal uğrunda görüşlərdə qüvvələrini sınayacaqlar.





Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью