Güləşçimiz DÇ də mübarizəni dayandırdı Təsəlliverici görüşdə məğlub oldu

31.07.2026

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın sərbəst güləşçisi Fatimə Bayramova Bakıda keçirilən U-17 dünya çempionatında mübarizəni başa vurub.

Apasport.az xəbər verir ki, 53 kq çəki dərəcəsində çıxış edən idmançı təsəlliverici görüşdə Macarıstan təmsilçisi Mariya Jitovozaya 0:2 hesabı ilə uduzub. Bununla da Bayramova dünya çempionatında çıxışını başa vurub.

Qeyd edək ki, U-17 dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Yarışda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.

Gülxanım və Fatimə üçün bürünc medal şansı U-17 DÇ: Fatimə Bayramova yarımfinala yüksələ bilmədi U-17 DÇ: Daha bir güləşçimiz ilk görüşdə məğlub oldu U-17 DÇ: Nuray Cəfərli 1/4 finalda uduzdu U-17 DÇ: Simurə Abdullayeva ilk görüşündə məğlub olub
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью