Güləşçimiz dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq

27.07.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

48 kq çəki dərəcəsində mübarizə aparan azərbaycanlı yunan-roma güləşçisi Ömər Salmanov 17 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, yarımfinalda o, Rusiya təmsilçisi Soltan İusupovla qarşılaşıb.

Matç rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Ö.Salmanov sabah bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.

Xatırladaq ki, Ö.Salmanov 1/8 finalda Avinaş Çetakeyə (Hindistan), 1/4 finalda isə Ali Mortaza Esmaeiliyə (İran) qalib gəlib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью