Güləşçimiz dünya ikincisi oldu

14.10.2026

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-nin Las Veqas şəhərində güləş üzrə U23 dünya çempionatı davam edir.

Sportal.az xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşi üzrə ilk medalçılar müəyyənləşib.

Elmir Əliyev (60 kq) finalda qazaxıstanlı Aybek Aytbekovla güləşib. Rəqibinə 4:12 hesabıyla məğlub olan güləşçimiz gümüş medalı boynundan asıb.

Məhəmməd Şükürzadə (67 kq) ilk təsəlliverici görüşdə qazaxıstanlı Tolegen Amirxanova 5:2 hesabıyla qalib gəlsə də, ikinci təsəlliverici qarşılaşmada gürcüstanlı Anri Xozrevanidzeyə məğlub olub – 2:7.

Fərid Xəlilov (72 kq) təsəlliverici görüşdə moldovalı Vasile Zabikanı “tuş”la üstələyib. Ancaq bürünc medal uğrunda qarşılaşmada isə türkiyəli İbrahim Özdəmirlə (0:10) bacarmayıb və U23 dünya çempionatını 5-ci pillədə başa vurub.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью