Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.
Azərbaycanın yunan-Roma güləşçisi Elmir Çərkəzov Bakıda keçirilən U-17 dünya çempionatında bürünc medal qazanıb.
Apasport.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Yaponiya təmsilçisi Hinata Hanamorini məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Bununla da Azərbaycan millisinin mundialdakı medal sayı daha da artıb. Daha əvvəl Abdurrahman Hüseynli (51 kq), Əli Cavadlı (45 kq) və İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medal qazanıblar.
U-17 DÇ: Rəna Nuriyeva ilk görüşdə uduzdu U-17 DÇ: Qaratel Quliyeva ilk görüşdə məğlub oldu U-17 DÇ: Zöhrab Səfərov medal şansını itirdi U-17 DÇ: Bu gün Azərbaycanın 8 güləşçisi xalçaya çıxacaq İsfahan Həsənov dünya ikincisi oldu – Azərbaycan üçün üçüncü medal