Güləşçimiz dünya üçüncüsü oldu

18.08.2026

Apasport saytına istinadən Icma.az xəbər verir.

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir.

Apasport.az xəbər verir ki, üçüncü yarış günündə yunan-Roma güləşi üzrə 55, 67, 72 və 97 kq-da medalçılar müəyyənləşib.

Emin Cavadlı (55 kq) bürünc medal uğrunda yaponiyalı Hiro Sakamotoyla qarşılaşıb. Rəqibinə heç bir şans tanımayan həmyerlimiz tam üstünlüklə (11:1) qalib gələrək dünya üçüncüsü olub.

Bununla da millinin dünya çempionatında qazandığı medalların sayı 3-ə çatıb. Xatırladaq ki, ötən gün Cavidan Nehmətov (77 kq) gümüş, Tural Əhmədov (63 kq) isə bürünc medal əldə edib.

Azərbaycan Dünya Seriyasına ev sahibliyi edəcək - ilk dəfə UWW Bakıdakı tədbiri yüksək qiymətləndirir Rumıniyada 5 medal U-17 DÇ: İbrahim Həsənov gümüş medalla kifayətləndi İbrahim Həsənov dünya çempionluğu uğrunda xalçaya çıxacaq
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью