Güləşçimiz Qazaxıstanda keçirilən turnirdə qızıl medal əldə edib

30.11.2024

Cbcsport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan təmsilçisi Ağanəzər Novruzov Qazaxıstanın paytaxtı Astanada keçirilən sərbəst güləş üzrə "Güləş ulduzları liqası"nda qızıl medal qazanıb.

İdmançımız 74 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, həlledici mərhələdə özbəkistanlı Mirzo Xaitova 4:1 hesabıyla qalib gəlib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью