Güləşçimiz Qazaxıstanda qızıl medal qazandı İdmanXəbər

30.11.2024

Idmanxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qazaxıstanın paytaxtı Astanada sərbəst güləş üzrə “Güləş ulduzları liqası” yarışı keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, turnirdə ölkəmizi təmsil edən Ağanəzər Novruzov (74 kiloqram) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Həmyerlimiz əvvəlcə qazaxıstanlı Kanat Mussabekovu 3:1 hesabı ilə məğlub edib. Novruzov daha sonra rusiyalı Anzor Zakuyevi üstələyib – 2:1. Ağanəzər finalda isə özbəkistanlı Mirzo Xaitova 4:1 hesabı ilə qalib gəlib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью