Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-15 Avropa çempionatı davam edir.
Axar.az xəbər verir ki, bu haqda Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Məlumata görə, güləşçimiz Ülviyyə Musayeva finalda türkiyəli Yağmur Minaza tam üstünlüklə (11:0) qalib gələrək U15 Avropa çempionu olub.
Beləliklə, Ülviyyə U15 yaş qrupunda Avropa çempionu olan ilk qadın güləşçimiz kimi tarixə düşüb.